Kombi Quraşdırma, Təmiri və Yuyulması Servisi
Bakıda bütün marka kombilərin (Baxi, DemirDöküm, Immergas, Bosch, Ariston və s.) peşəkar ustalar tərəfindən zəmanətli təmiri və profilaktikası.
Kombi Haqqında Ətraflı Məlumat
Kombi sistemləri qış aylarında evinizin istiliyini və isti su təminatını həyata keçirən ən mühüm məişət avadanlığıdır. Vaxtında profilaktik xidmət olunmayan kombilərdə ərp yığılması, təzyiq düşməsi və istilik mübadiləçisinin ( eşanjor ) sıradan çıxması halları tez-tez baş verir.
Tez-Tez Rast Gəlinən Kombi Problemləri və Həll Yolları
1. Kombi təzyiqi nədən düşür?
Səbəb: Radiator sistemində su sızması, genəlmə çəninin (genleşme tankı) havasının bitməsi və ya membranının cırılması.
Həll yolu: Ustalarımız xüsusi cihazla sistemi yoxlayır, çənə hava vurulur və ya sızma olan boru hissəsi kiçik müdaxilə ilə təmir edilir.
2. Kombi yanır amma radiatorlar isinmir
Səbəb: Dövriyyə nasosunun (pompa) sıradan çıxması, filtrin tutulması və ya radiatorlarda havanın qalması.
Həll yolu: Sistem filtrləri yuyulur, nasosun işi bərpa edilir və radiatorların havası çıxarılır (hava alma prosesi).
3. İsti su gəlmir və ya birdən soyuyur
Səbəb: İkinci eşanjorun ərp bağlaması, axın sensorunun (flokstat) xarab olması.
Həll yolu: Eşanjor xüsusi kireç həlledici dermanlarla yuyulur və ya sensor yenisi ilə əvəz olunur.
Kombi Yuyulması Niyə Vacibdir?
Radiator və kombi xətləri 1-2 ildən bir xüsusi dərman və təzyiqli aparatla yuyulmalıdır. Bu, qaz sərfiyyatını 20-30% azaldır və evinizin daha tez isinməsini təmin edir.